“Təzyiq bizim oyunumuzda maneəyə çevrilmir” - Tomaş Vlçek

“Təzyiq bizim oyunumuzda maneəyə çevrilmir” -  Tomaş Vlçek
“Slaviya”nın (Slavia, Slavia Prague) müdafiəçisi Tomaş Vlçek (Tomáš Vlček, Tomas Vlcek) UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Sabah”la keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu görüşlə bağlı fikirlərini bölüşüb.
Onun açıqlaması belə oldu:
- “Slaviya” Çempionlar Liqasında sonuncu qələbəsini 17 il əvvəl qazanıb. Bu amil komandaya təzyiq yaradırmı?
- Təzyiq bizim oyunumuzda maneəyə çevrilmir. “Lans”la (Lens) Çempionlar Liqası görüşündən sonra uğurlu nəticələr əldə etdik. Hesab edirəm ki, həmin matçda yaşananlar komandamıza müsbət təsir göstərdi. Düşünürəm ki, biz bu turnirdə qələbə qazanmağa layiqik.
- Komanda yoldaşlarınız matçdan əvvəl iddialı açıqlamalar veriblər. Sizcə, bu cür fikirlər rəqibin motivasiyasını artıra və komandanıza mənfi təsir göstərə bilərmi?
- Uzun müddətdir Çempionlar Liqasında qalib gələ bilməməyimiz bizi daha çox həvəsləndirir. Buradan üç xalla ayrılmaq niyyətindəyik.
- Azarkeşlər və bukmeykerlər “Slaviya”nı qarşılaşmanın favoriti hesab edirlər. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
- “Sabah” kifayət qədər güclü komandadır. Təsnifat mərhələlərində yaxşı çıxış etdilər və yüksək səviyyəli futbol oynadıqlarını göstərdilər. Mən də onların oyununu bəyənirəm. Rəqibimizin gücünü anlayırıq, amma biz də matça ciddi hazırlaşmışıq və əlimizdən gələni edəcəyik.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər