"Sabah" basketbol komandası bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi müntəzəm mövsümün 2-ci turunda Türkiyənin "Trabzonspor" komandası ilə üz-üzə gələcək.
Türkiyədə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, A qrupunda mübarizə aparan "Sabah" ilk turda səfərdə "Ritas"a (Rytas, Rytas Vilnius) məğlub olub (73:82). "Bayquşlar" qrupda "Trabzonspor" və "Ritas"la yanaşı, Fransanın "Nanter 92" kollektivi ilə də yarışır. Türkiyə və Litva təmsilçilərinin hazırda 2, "Nanter" 92" və "Sabah"ın isə 1 xalı var.
FIBA Çempionlar Liqası
2-ci tur, A qrupu
14 oktyabr
20:00. Trabzonspor (Türkiyə) – Sabah (Azərbaycan)
Trabzon. "Hayri Gur Spor Salonu".
Mirağa