"Mingəçevir"in oyunçuları dünənki məşqə çıxmayıblar - SON DURUM

"Mingəçevir"in oyunçuları dünənki məşqə çıxmayıblar - SON DURUM

1-ci Liqa təmsilçisi "Mingəçevir" yeni sponsoruna qovuşsa da, komanda çətin günlərini yaşayır.

Fanat.Az -ın əldə etdiyi məlumata görə, "işıqçılar" maliyyə problemindən əziyyət çəkir.
Belə ki, yeni mövsümdə nə futbolçular maaş alıb, nə də klubun digər əməkdaşları. Dünən yolpulu tapmadıqlarını əsas gətirərək məşqə çıxmayan oyunçulara bu gün müəyyən məbləğdə vəsait ödənilib. Bu, əsasən futbolçuların yaşadıqları evlərin kirayə haqlarının ödənilməsinə və qidalanmaya çatacaq məbləğdir. Hərçənd komanda bu gün məşq edib. Maaşlar hələ də verilməyib. Əməkdaşlar da gözləyir, texniki heyət də.
Qeyd edək ki, hazırlığa gec başlayan Mingəçevir təmsilçisinə yeni sponsorun gətirdiyi mütəxəssis Elman Sultanov rəhbərlik edir. İlk 4 oyunda 1 xal qazanan komanda 1-ci Liqanın turnir cədəvlində 9-cu pillədə qərarlaşıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər