Portuqaliyalı ulduz Kriştianu Ronaldu (Cristiano Ronaldo) karyerasının 981-ci qolunu vurub.
Fanat.Az xəbər verir ki, 41 yaşlı hücumçu buna Asiya Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Neftçi” (Fərqanə) komandasına qarşı keçirilən matçda nail olub.
Ronaldu görüşün 42-ci dəqiqəsində fərqlənərək komandasının ikinci qolunu vurub. Qarşılaşma “Əl-Nəsr”in (Al Nassr) 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, karyerası ərzində vurduğu qolların sayını 981-ə çatdıran portuqaliyalı futbolçu 1000 qol hədəfinə çatmaq üçün daha 19 dəfə fərqlənməlidir.
Əlisahib İbrahimli