Azərbaycanın "LANDAU Lions" basketbol komandası bu gün avrokubokların müntəzəm mövsümündə ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, FIBA Avropa Kubokunun G qrupunda yer alan Erhan Tokerin komandası səfərdə Slovakiyanın "Prievidza" kollektivi ilə üz-üzə gələcək.
Prievidza şəhərindəki İdman Sarayında baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda ilk turda İsveçrə təmsilçisi "Lions de Geneve"ni (Lions de Genève, Lions de Geneva) qəbul edib və 83:105 hesabı ilə uduzub. "Şirlər" qrupda həmçinin "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq.
FIBA Avropa Kuboku
G qrupu
13 oktyabr
21:00. Prievidza (Slovakiya) – LANDAU Lions (Azərbaycan)
Prievidza, İdman Sarayı.