"Real Madrid"in sabiq müdafiəçisi Daniel Karvaxalın (Dani Carvajal) yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, hazırda azad agent statusu daşıyan arxa xətt oyunçusu "Xetafe"yə (Getafe) keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Karyerası ərzində Dani Karvaxal “Real”ın əsas komandası və İspaniya millisinin heyətində 29 titul qazanıb. Bunlara UEFA Çempionlar Liqasının 6 dəfə qazanılması və İspaniya yığması ilə 2024-cü ilin Avropa çempionu titulu daxildir. O, "Real"ın heyətində bütün rəsmi turnirlərdə 451 matçda forma geyinib və 14 qol vurub.
Xatırladaq ki, Karvaxal "kral klubu" ilə ötən mövsümün sonunda vidalaşıb.