"Bu matça da qələbə üçün çıxacağıq" - Füzuli Məmmədov

"Bu matça da qələbə üçün çıxacağıq" -  Füzuli Məmmədov

1-ci Liqanın ilk 4-cü turunda qələbələri sıralayan "Şahdağ Qusar" növbəti matçını Şamaxıda "Xankəndi"yə qarşı keçirəcək.

Qusar komandasının baş məşqçisi Füzuli Məmmədov oyun ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb.
"Xankəndi"yə yeni baş məşqçi təyin olunub. Öncə Röyal Nəcəfovu təyinatı münasibəti ilə təbrik edirəm.
Bizi çox çətin mübarizə gözləyir. "Xankəndi"nin heyətində təcrübəli futbolçular cəmləşib. Ümumiyyətlə, Birinci Liqada zəif komanda, asan oyun yoxdur. "Xankəndi"ni təhlil etmişik. Futbolçularımıza bu haqda detallı məlumat vermişik. Oyuna çox ciddi hazırlaşmışıq. Bütün oyunlara olduğu kimi, bu matça da qələbə üçün çıxacağıq. Meydanda əlimizdən gələni edəcək, hədəflədiyimuz qələbəni qazanmağa çalışacağıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər