Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da ilk oyun günündə növbəti sınağına çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin əsas mərhələsindəki ilk oyununda Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu avstriyalı hakimlər idarə edəcəklər. Matçın baş hakimi Sebastyan Qishamer (Sebastian Gishamer) olacaq. Oyuna saat 20:45-də start veriləcək.
Xatırladaq ki, “Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə (Manchester United) 0:4 hesabı ilə uduzub. “Slaviya” isə evdə Fransanın “Lans” (Lens) komandasına 2:3 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
13 oktyabr
20:45. “Sabah” – “Slaviya” (Praqa)
Hakimlər: Sebastyan Qishamer, Roland Ridel (Roland Riedel), Santino Şrayner (Santino Schreiner), Valter Altmann (hamısı Avstriya).
VAR: Alan Kiyas (Avstriya).
AVAR: Josef Spurni (Avstriya).
Bakı Olimpiya Stadionu.