“Barselona” (Barcelona) müdafiənin sağ cinahını gücləndirmək üçün Pedro Porronu transfer etmək istəyir.
Fanat.Az “ElNacional.cat” nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hansi Flik “Tottenhem”in (Tottenham Hotspur) 25 yaşlı sağ cinah müdafiəçisi Pedro Porronu əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Almaniyalı mütəxəssis Porronun sağ cinahda Lamin Yamal (Lamine Yamal) ilə mükəmməl tandem yaradacağını düşünür və daha aşağı səviyyəli alternativi nəzərdən keçirmək istəmir.
Klubun idman direktoru Deko bu transferin baş tutması üçün əvvəlcə futbolçu satışından təxminən 50 milyon avro gəlir əldə edilməsinin vacib olduğunu bildirib.