"Yamala yox, "Barselona"ya qarşı oynayırıq" - Okan Buruk

"Yamala yox, "Barselona"ya qarşı oynayırıq" -  Okan Buruk

"Qalatasaray" (Galatasaray) Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Barselona"nı (Barcelona) qəbul edir.

Fanat.Az xəbər verir ki, matçdan əvvəl "TNT Sports"a açıqlama verən "sarı-qırmızıların"ın baş məşqçisi Okan Buruk azarkeşlərin Kataloniya təmsilçisi ilə oyun üçün inanılmaz bir atmosfer yaradacağına inandığını bildirib.

"Azarkeşlərimiz "Barselona"ya qarşı daha da coşqulu olacaqlar. Bilirsiniz, onlar bu matçı səbirsizliklə gözləyirlər. Bizim üçün əhəmiyyətli bir gecə olacaq. Komandama inanıram. Öz stadionumuzda çoxlu Çempionlar Liqası matçları keçirmişik. Keçən il "Liverpul" (Liverpool) və "Yuventus" (Juventus) kimi komandalara qarşı iki görüş keçirdik və çox yaxşı çıxış etdik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bilirəm ki, "Barselona" fantastik komandadır və oyun səviyyəsinə görə dünyanın ən yaxşılarından biridir, lakin azarkeşlərimiz və futbolçularımızla birlikdə əlimizdən gələni edəcəyik. Matç inanılmaz olacaq".

Okan Buruk həmçinin "Barselona"nın ulduz futbolçusu Lamin Yamalı (Lamine Yamal) zərərsizləşdirmək üçün planları olduğunu qeyd edib.
"O, möhtəşəm futbolçudur. Lakin oyun planını yalnız onun üzərində qursanız, işlər çətinləşər. Biz Lamin Yamala qarşı yox, "Barselona"ya qarşı oynayırıq. Bununla belə, onu dayandırmaq üçün planlarımız var".
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər