“Sabah” “Slaviya” ilə oyunöncəsi məşqə çıxdı

“Sabah” “Slaviya” ilə oyunöncəsi məşqə çıxdı
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda qarşılaşacağı Çexiya təmsilçisi “Slaviya” (Slavia Praha, Slavia Prague) ilə oyunöncəsi son hazırlıqlarını davam etdirib.
Fanat.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunda məşq keçib. 
Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Məşq zamanı futbolçular əvvəlcə isinmə hərəkətləri edib, daha sonra müxtəlif tapşırıqları yerinə yetiriblər.
Xatırladaq ki, “Sabah” - “Slaviya” matçı sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər