Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

Elçin Məsiyev Avropa Liqasına təyinat aldı
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Liqa mərhələsinin 2-ci turunda Sloveniyada "Selye" (Celje) və Kiprin "Omoniya" (Omonia) komandası arasında keçiriləcək matçı idarə edəcək.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov yardım edəcəklərr. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi italiyalı Luka Payretto (Luca Pairetto), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
Qeyd edək ki, "Selye" - "Omoniya" görüşü oktyabrın 15-də keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər