Çexiyanın “Slaviya” (Slavia Praha, Slavia Prague) klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Bakıda “Sabah”la qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Praqa təmsilçisinin baş məşqçisi Yindrix Trpişovski (Jindrich Trpisovsky) görüşdən əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Zədəli futbolçuların vəziyyəti necədir?
- Bəzi futbolçularımız müəyyən çətinliklərlə üzləşmişdi. Kimlərin meydana çıxmayacağını bilirik. Bu cür oyunçulara sahib olduğumuz üçün məmnunuq. Mövcud çatışmazlıqları aradan qaldırmağa nail olduq.
- "Sabah" haqda nə düşünürsünüz?
- “Sabah”ı oyun tərzinə görə “Barselona” (Barcelona) ilə müqayisə edərdim. Komanda 4-3-3 sxemi ilə çıxış edir və əsasən hücum futboluna üstünlük verir. Onlar topa nəzarət etməyə çalışır və fərdi keyfiyyətləri ilə seçilirlər. “Mançester Yunayted”lə (Manchester United) qarşılaşmada da bir neçə qol imkanı yaratmışdılar. Həmin oyunda daha yaxşı nəticə qazanmaq mümkün idi. “Sabah” ardıcıl hücumlar təşkil edən komandadır. Belə görüşlərdə hücumçuların gücü həlledici rol oynayır.
- “Slovan”ın (Slovan Bratislava) baş məşqçisi olduğunuz dövrdə Avropa Liqasında “Qarabağ”la qarşılaşmısınız. Həmin vaxtdan indiyədək həm şəxsi karyeranızda, həm də Azərbaycan futbolunda hansı dəyişikliklərin baş verdiyini düşünürsünüz?
- Bura ikinci dəfədir ki, gəlirəm. 10 il bundan əvvəl də burada olmuşam. Sabah da həmin oyuna uyğun görüş olacaq. Şəhərdə böyük dəyişikliklər var. Karyeramda da bir çox dəyişikliklər baş verdi. "Slaviya"nın baş məşqçisi oldum və bu cür nəticələr qazanırıq. Bir sıra məsələlər dəyişib.
- Bir çox azarkeş və bukmekerlərin təhlilinə görə favorit sizsiniz. Bu haqda düşüncələriniz nələrdir?
- Balkanlarda 4-5 il əvvəl olmuşam. Onlar tanınmış deyil, amma yaxşı oynayırlar. "Sabah"la oyun bizə çox böyük təcrübə verəcək. İnanırıq ki, azarkeşlərimiz də bizə güvənir.
Əlisahib İbrahimli