Frenki de Yonq İngiltərə yolunda - SON DURUM

Frenki de Yonq İngiltərə yolunda -  SON DURUM
"Barselona"nın (Barcelona) yarımmüdafiəçisi Frenki de Yonq (Frenkie de Jong) karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, "Çelsi" (Chelsea) qış transfer pəncərəsində niderlandlı futbolçu ilə güclənməyi hədəfləyib. O, London klubunun prioritet namizədlər siyahısındadır.
29 yaşlı futbolçunun dəyəri 50 milyon funt sterlinq qiymətləndirilir, lakin "Çelsi" "Barselona"nı razı salmaq üçün daha yüksək məbləğ təklif etməli olacaq.
Qeyd edək ki, De Yonq DÇ-2026 zamanı sağ dizinin daxili yan bağlarından zədə alıb. Onun oktyabrın sonunda sıraya dönə biləcəyi ehtimal olunur.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər