"Gəncə" basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan təmsilçisi ilk ev oyununda Yunanıstan təmsilçisini qəbul edəcək.
Martin Knezeviçin (Martin Knežević, Martin Knezevic) baş məşqçisi olduğu komanda "Kolossos"u (Kolossos) Gəncə İdman Sarayında qəbul edəcək. Görüş saat 19:00-da start götüəcək.
Qeyd edək ki, "Gəncə" qrupda həmçinin, "Esenler Erokspor" (Türkiyə), "Rilski Sportist" (Bolqarıstan), "Sportinq" (Portuqaliya) və "Universitatea" (Krayova, Rumıniya) ilə mübarizə aparır. Təmsilçimiz ilk turda səfərdə "Esenler Erokspor"a 63:92 hesabı ilə uduzub.
FIBA Avropa Kuboku
C qrupu
13 oktyabr
19:00. Gəncə (Azərbaycan) - Kolossos (Yunanıstan)
Gəncə. İdman Sarayı.