"Barselona" (Barcelona) Çempionlar Liqasında ardıcıl 16 oyundur qapısını toxunulmaz saxlaya bilmir.
Fanat.Az xəbər verir ki, informasiyanı "BeSoccer" yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi sonuncu dəfə 2025-ci ilin aprelində, Dortmund "Borussiya"sı ilə qarşılaşmada qapısından qol buraxmayıb. Həmin vaxtdan bəri komanda Çempionlar Liqasında keçirdiyi 16 matçın hər birində ən azı bir qol buraxıb.
Bu göstərici "Barselona"nı turnirdə ən zəif müdafiə statistikalarına malik komandalar sırasına daxil edib. Cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində iştirak edən 36 klub arasında yalnız PSV və "Leyptsiq"in (RB Leipzig) göstəriciləri daha pisdir. PSV ardıcıl 17, "Leyptsiq" isə 19 oyundur qapısından qol buraxır.
"Barselona"nın müdafiəçisi Pau Kubarsi (Pau Cubarsí, Pau Cubarsi) də bu problemə toxunaraq komandanın müdafiə oyununu yaxşılaşdırmalı olduğunu bildirib.
Qeyd edək ki, "Barselona" oktyabrın 13-də Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qalatasaray"ın (Galatasaray) qonağı olacaq.
Əlisahib İbrahimli