Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, İtaliyada keçiriləcək UEFA Gənclər Liqasının 2-ci turunun "Roma" və "Real Madrid" oyununa təyinat alıb.
"Umudlu"ya yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmədov kömək edəcək.
Görüş sabah keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.