1-ci Liqanın 4-cü turunda "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edən MOİK ardıcıl 2-ci qələbəsini qazandı. "Hərbçilər"in hücumçusu Vidadi Cəfərovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komandamız şükürlər olsun ki, oyundan-oyuna inkişaf edir. Zamanla daha da yaxşı olacağıq. Yaxşı kollektvimiz, yaxşı məşqçilərimiz var. Məqsədli bir komandayıq. Qarşımıza ciddi hədəf qoymuşuq. Hər oyuna qələbə üçün çıxırıq. Belə də davam edəcəyik. "Mingəçevir" üzərində qələbə qazandığımız üçün şadam. Hesaba baxmayaraq, oyun bizim üçün çətin alındı. Növbəti matçlarda mən də komandama öz qollarımla xallar qazandıracağam".
Nihat