ÇL: "Sabah" Çexiya təmsilçisini əliboş yola saldı

ÇL: "Sabah" Çexiya təmsilçisini əliboş yola saldı
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da ilk oyun günündə növbəti sınağına çıxıb.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin əsas mərhələsindəki ilk oyununda Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edib. Görüş "bayquşlar"ın inamlı qələbəsi ilə yekunlaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən oyunu avstriyalı hakimlər idarə ediblər. Matçın baş hakimi Sebastyan Qishamer (Sebastian Gishamer) olub.
Xatırladaq ki, “Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə (Manchester United) 0:4 hesabı ilə uduzub. “Slaviya” isə evdə Fransanın “Lans” (Lens) komandasına 2:3 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
13 oktyabr
“Sabah” – “Slaviya” (Praqa) 2:0
Qollar: Kahim Parris (Kaheem Parris), 49. Coy Lens Mikels (Joy-Lance Mickels), 88.
Hakimlər: Sebastyan Qishamer, Roland Ridel (Roland Riedel), Santino Şrayner (Santino Schreiner), Valter Altmann (hamısı Avstriya).
VAR: Alan Kiyas (Avstriya).
AVAR: Josef Spurni (Avstriya).
Bakı Olimpiya Stadionu.
"Sabah": 92 Stas Pokatilov (k), 3 Stiv Solvet (Steve Solvet), 4 Eyden Makkarti (Aidan McCarthy), 80 Akim Zedadka, 27 Timoteuş Puxaç (Tymoteusz Puchacz), 7 Umarali Raxmonaliyev (Umarali Rakhmonaliyev), 13 İvan Lepiniça (Ivan Lepinjica), 37 Du Keyros (Du Queiroz), 11 Kahim Parris, 21 Velko Simiç (Veljko Simić, Veljko Simic), 20 Coy Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 6 Abdulax Xaybulayev, 8 Kristian Nvaçukvu, 10 Aleksey İsayev, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 33 Erivaldo Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş , 99 Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas
"Slaviya": 35 Markoviç (Marković, Markovic), 6 N'Qessan (N'Guessan), 3 Holeç (k), 4 Zima, 23 Sadilek (Sadílek), 16 Moses, 27 Viçek (Viček, Vicek), 10 Şturm (Sturm), 25 Xori (Chory), 20 Ayaosi (Ayayi), 17 Provod.
Ehtiyat oyunçular: 29 Domkaç, 40 Rezek, 8 Kubiak, 13 Xitil, 14 İsife, 15 Suleyman, 22 Diakite, 30 Novak, 47 Barçot, 53 Kotrba, 60 Potmeşil.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər