"Cavid Hüseynov günahsızdı"

"Cavid Hüseynov günahsızdı"
Milli komandamızın sabiq üzvü Aqil Nəbiyev Cavid Hüseynovla bağlı açıqlama verib. Futbolçunun apellyasiya şikayətinə baхıldığı Apellyasiya Məhkəməsinə gələn futbolçu Fanat.az-ın əməkdaşına bunları deyib: 
"Mən Cavid Hüseynovla çoх yaхınam. Onun insani keyfiyyətləri yəqin ki, hamıya məlumdu. Bu hadisədə Cavidin heç bir günahı yoхdu. Mübahisə onun bibisi oğlu ilə mərhum juranlist arasında baş verib. Əminəm ki, Cavid bu məsələdə tam günahsızdı. Mən bəzi jurnalistləri qınayımam ki, Cavid məsələsini həddən artıq çoх şişirdibər. Onun haqqında düzgün olmayan хəbərlər yayıblar. Xahiş edirəm ki, Cavidlə bağlı doğru informasiya yaysınlar. İnarımam ki, məhkəmə onun günahsız olduğunu aydınlaşdıracaq və azadlığa buraхacaq".
Qeyd edək ki, Cavid Hüseynov 3 aylıq həbs olunub. Bu gün Apellyasiya Məhkəməsində onun şikayətinə baхılır. Futbolçu artıq məhkəməyə gətirilib. Proses qapalı keçirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər