"Başqa şeylər danışacağımdan qorxuram" - Samir Abbasov

"Başqa şeylər danışacağımdan qorxuram" - Samir Abbasov

Samir Abbasov "Zirə" ilə oyunla (2:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi bunları deyib:

“Çox gərgin oyun alındı, qarışıq hisslərim var, nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadı. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdu. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdi. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidi ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları  yaratdılar. Səhvlərimizin sayı çox oldu”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər