Martın 28-də Polşanın Qdansk şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turu çərçivəsində “Baku Fires” “Rafako Hussars Poland” klubu ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, Polşa komandası 11 xalla qrupda 7-ci yeri tutur.
Komandamızın heyətində fərdi reytinqdə mövqeyini xal hesablarını artırmaq üçün Qurbanov, Hacəliyev və Abdullayev üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir. Cari mövsümdə 2 görüşdə məğlub olan Kozlovskini üstələmək reytinqdə 1-ci olan Qurbanova çətinlik yaratmamalıdı. Hacəliyev də Kivioru məğlub edə biləcək gücdədir. Polşa komandasının heyətində cari mövsümdə 91 kq çəki dərəcəsində Rain Karlson debüt edəcək. Fərdi reyrinqdə 4-cü yeri tutan Abdullayev üçün bu qarşılaşma çətin olmamalıdır. “Rafako Hussars Poland” komandasında yalnız 75 kq çəki dərəcəsində Tomaş Yablonski fərdi reytinqin lideridi.
Komandaların heyətləri artıq məlumdu:
Rafako Hussars Poland - Baku Fires
49 kq: David Yaqodinski - Rəsul Saliyev
56 kq: Solvestr Kozlovski - Məhəmməd Qurbanov
64 kq: Damian Kivior - Heybətulla Hacəliyev
75 kq: Tomaş Yablonski - Jaba Xositaşvili
91 kq: Rain Karlson - Abdulqadir Abdullayev
Bu həftə B qrupunda “Caciques Venezuela” doğma divarlar arasında “Puerto Rico Hurricanes” komandasını qəbul edəcək. “İtalia Thunder” Milanda “Argentina Condors”la qarşılaşacaq. “Astana Arlans” isə USA “Knockouts”un qonağı olacaq.
Turnir cədvəli
1. Astana Arlans - 30 xal (döyüşlərin nəticələri 41-9)
2. Baku Fires - 20 (32-18)
3. USA Knockouts - 18 (26-24)
4. İtalia Thunder - 17 (27-22)
5. Puerto Riko Hurricanes - 17 (23-27)
6. Venezuela Cacquez - 14 (20-30)
7. Rafako Hussars Poland - 11 (19- 31)
8. Argentina Condors - 3 (11-38)
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.
Fanat.az