İspaniya yığması Avropa çempionatı üçün yekun heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, baş məşqçi Visente del Boske son heyətdə bir neçə dəyişiklik edib.
Belə ki, Çempionlar Liqasının final oyununda zədələnən “Real”ın müdafiəçisi Dani Karvahal Fransaya gedəcək heyətdən kənarda qalıb. Onu “Arsenal”lı Hektor Bellerin əvəzləyəcək.
Fernando Torres, Xuan Mata və Dieqo Kosta kimi ulduzların qitə birinciliyindən kənarda qalacağı isə əvvəlcədən məlum idisə, İsko və Saul Nigez də yekun heyətə düşə bilməyiblər.
Qapıçılar: İker Kasilyas ("Portu"), David de Xea ("Mançester Yunayted"), Serxio Riko ("Sevilya").
Müdafiəçilər: Serxio Ramos, ("Real" Madrid), Jerar Pike, Jordi Alba, Mark Bartra (hamısı "Barselona"), Sezar Aspilikueta ("Çelsi"), Mikel san Xose ("Atletik" Bilbao), Hektor Belyerin ("Arsenal"), Xuanfran ("Atletiko").
Yarımmüdafiəçilər: Bruno Soriano ("Vilyareal"), Serxio Buskets, Andres İnyesta (hər ikisi "Barselona"), Koke ("Atletiko"), Tiaqo Alkantara ("Bavariya"), Pedro Rodriqes, Sesk Fabreqas (hər ikisi "Çelsi"), David Silva ("Mançester Siti"), Lukas Vaskes ("Real").
Hücumçular: Arits Aduris ("Atletik" Bilbao), Nolito ("Selta Viqo"), Alvaro Morata ("Yuventus").
Qeyd edək ki, A qrupunda qərarlaşan İspaniya millisi Xorvatiya, Çexiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq.
Fanat.az