"AVRO-2016": İspaniya və Hollandiya yarımfinalda!

"AVRO-2016": İspaniya və Hollandiya yarımfinalda!

Bu gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın növbəti iki qarşılaşması baş tutub. Fanat.az xəbər verir ki, hər iki qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilib. 

Əvvəlcə meydana İspaniya ilə İngiltərə yığmaları çıxıb. İngiltərəni 1:0 hesabı ilə məğlub edən ispanlar yarımfinalda Almaniya millisinə rəqib olub. 

1/4 finalın digər matçında isə Hollandiya millisi İsveç yığmasından üstün olub -1:0. Hollandiya isə yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.

AVRO-2016 (U-17)

1/4 final

15 may

İspaniya - İngiltərə 1:0

Qol: Françisko Qarsiya, 12.

8-ci km qəsəbə stadionu.

 

İsveç - Hollandiya 0:1

Qol: Tahit Çonq, 62.

8-ci km qəsəbə stadionu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər