Götze karyerasını İspaniyada davam etdirə bilər

Götze karyerasını İspaniyada davam etdirə bilər
Dortmund "Borussiya"sının hücumameyilli yarımmüdafiəçisi Mario Götze bir müddətdi komandadan uzaq düşüb. O, 1 iyulda azad agent olacaq.
 
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Atletiko" alman futbolçunun xidmətində maraqlıdı. Madrid klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maddi böhran səbəbindən Götzeyə illik 2 milyon avro məvacib təklif etməyə hazırdı. Sözügedən futbolçu "Borussiya"da ildə 10 milyon avro qazanır.
"Borussiya" Götzenin adını Bundesliqanın sonuncu turu çərçivəsində "Hoffenhaym"la oynanılacaq matçın iştirak ərizəsinə salmayacaq. 28 yaşlı oyunçunun övladı erkən dünyaya gəlib. Bu səbəbdən o, zamanını ailəsi ilə birlikdə keçirir.
Cari mövsümdə Bundesliqada 15 matçda meydana çıxan Götzenin hesabında 3 qol var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər