"Oyundan narazı qaldım. Daha yaхşı oynamaq olardı. Bəzi məqamlarda mən istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdi". Fanat.az хəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.
Komandasının tapşırıqlarını yerinə yetirdiklərini bildirən Prosineçki müəyyən vaxta ehtiyac duyduqlarını bildirib: "Malta böyük futbol ölkəsi olmasa da, belə komandaya qarşı oynamaq çətin idi. Amma üzərimizdə təzyiqin olduğunu və yeni futbolçuların yer aldığını nəzərə alaraq, nəticədən razıyam. Top itkiləri olsa da, cinah oyunçuları Əfran İsmayılovla Arif Daşdəmirovun zəif oynadıqları fikri ilə razı deyiləm. Əksinə, Əfranın daha yaxşı gələcəyinin olduğunu düşünürəm. Cavid Hüseynovun indiyədək millidə belə gözəl oyununu görmüşdünüz? Nəyə görə həmişə səhvlər axtarırsınız? Suallardan qorxmuram. Amma yalnız pis tərəfləri yox, yaxşı tərəfləri də soruşmaq olar. Əsas heyətdə oynatdıqlarım klublarında daim çıxış edənlər idilər. Ümidvaram ki, legioner həyatı sürənlər daha çox oynayacaqlar. Eddi İsrafilov böyük potensiala malikdi. Nazarov son oyunda 55 dəqiqə meydanda olub".
Rahid Əmirquliyevi həm millidə, həm də klubunda daha çox dağıdıcı funksiya yerinə yetirən oyunçu kimi çıхış edir. Bu dəfə cinahdan hücuma daha çox atılırdı. Prosineçki bununla bağlı da danışıb: "Son 4 ayda Rahidin çıxışını çox izləmişəm. Daim eyni səviyyədə oynayır. Çox yaxşı, peşəkar futbolçudu. Onun üçün dağıdıcı, yoxsa hücumameyilli oynamasının fərqi yoxdu. Həmişə əlindən gələni edir, meydanda mübarizə aparır. İnsan kimi də müsbət xüsusiyyətlərə sahibdi".
Fanat.az