Prezident kapitanlarla görüşdü - VİDEO

Prezident kapitanlarla görüşdü - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə futbolunun rəhbərliyini və Super Liqa klublarının kapitanlarını qəbul edib. Fanat.az xəbər verir ki, İstanbuldakı Ulduz Sarayında baş tutan mərasimdə Trabzonda "Fənərbaxça"nın avtobusuna edilmiş silahlı hücum müzakirə olunub.

Görüşdə aşağıdakı şəxslər iştirak edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Gənclər və idman naziri Akif Cağatay Kılınc

TFF-nin prezidenti Yıldırım Demirörən

TFF-nin I vitse-prezidenti Servet Yardımcı

Türkiyə millisinin baş məşqçisi Fatih Terim

Klublar Birliyi Fondunun prezidenti Göksel Gümüşdağ 

Klublar Birliyi Fondunun vitse-prezidenti Mesut Hoşcan

Klublar Birliyi Fondunun Nəzarət-Təftiş Komitəsinin sədri Mesut Altan

Kapitanlar

Qalatasaray: Səlcuk İnan

Fənərbaxça: Əmrə Belözoğlu

Beşiktaş: Tolga Zəngin

Trabzonspor: Jose Bosingva 

Akhisar Bələdiyyəspor: Güray Vural

Balıkəsirspor: Gökhan Ünal

Bursaspor: Ozan İpək

Çaykur Rizəspor: Kıvanç Karakaş

Eskişəhərspor: Sezgin Coşkun

Qaziantepspor: Elyasa Süme

Gənclərbirliyi: Ramazan Köşe

Başakşəhirspor: Mahmut Tekdemir

Karabükspor: Erdem Özgenç

Kasımpaşa: Adəm Büyük

Mersin İdman Yurdu: Sərvət Çətin

Ərciyəsspor: İlhan Parlak

Sivasspor: Adəm Koçak

Konyaspor: Hasan Kabze

Mətbuata qapalı olan toplantı təxminən 1 saat yarım davam edib. Görüşdə sonra Klublar Birliyi Fondunun vitse-prezidenti və “Eskişəhərspor”un prezidenti Mesut Hoşcan belə bəyanatla çıxış edib: "Bu gün cənab prezidentin də baş verən hadisəyə bir dövlət başçısı olaraq göstərdiyi həssaslığı gördük. O, bütün komanda kapitanlarını qəbul etdi. Kapitanlar dinlənildi, birlik və bərabərlik üçün çox müsbət fikirlər səsləndi. Onlar “Biz artıq bu cür hadisələri yaşamaq istəmirik. Futbolun sülh, dostluq və qardaşlıq üçün olduğunu bilirik. Bu idman növünün gözəlliklərini ən gözəl şəkildə yaşamaq istəyirik” sözlərini dedilər. Futbolçular gözəl təkliflər verdi. Hamımız üçün səmərəli bir görüş oldu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər