Katalon milliyətçisi olan Cerard Pike İspaniya millisinin Xorvatiya ilə oyununda elədiyi hərəkətlə gündəmə gəlib. Fanat.az xəbər verir ki, futbolçu İspaniya himni səslənərkən orta barmağını göstərib və bu kameraların hədəfindən yayınmayıb.
Pikenin himnin səslənməsi zamanı komanda yoldaşı Serxio Ramosun çiyni üzərinə qoyduğu qolundakı sağ barmaqlarını oynadaraq orta barmağını göstərməsi sosial mediada geniş müzakirələrə səbəb olub.
Artıq "Barselona"lı futbolçu olayla bağlı açıqlama verib və iddiaları rədd edib: "Əslə himnə hörmətsizlik etmərəm. Hinm oxunan zaman barmaqlarımı çarpaz edirdim. Olmayan şeyləri axtarmağa çalışmayaq və birlikdə Avropa çempionatının qalibi olmağa çalışaq. Düşünürəm ki, hamınız məni yaxşı tanıyırsınız. Biz buraya Avrrpa çempionu olmağa gəlmişik. Madrid və Barselona zaman-zaman bölünür, amma indi kuboku qazanmaq üçün birlikdə addım atmalıyıq".
Qeyd edək ki, "Barselona"da forma geyinən Pike Kataloniyanın İspaniyadan ayrılması üçün aparılan aksiyaların dəstəkçisi kimi tanınır. Bu səbəbdən o, son bir ildə oynadığı milli matçların əksəriyyətində ispan fanatlar tərəfindən protesto edilib.

Fanat.az