17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsi çərçivəsində 4-cü qrupun oyunları keçirilir. Fanat.az xəbər verir ki, azərbaycanlı hakim Orxan Məmmədov bu qrupun İrlandiya - Polşa oyununu idarə edib.
Qarşılaşma 1:0 hesabı ilə polşalıların xeyrinə başa çatıb. Məmmədov üç sarı vərəqə göstərib. Onlardan ikisi irlandiyalıların, digəri isə polşalıların qismətinə düşüb.
Qeyd edək ki, bu oyunda Orxan Məmmədova Mübariz Haşımovla yanaşı, serb Nemanya Petroviç yardım edib. Matçın dördüncü hakimi isə Srdan Yovanoviç (Serbiya) olub.
Orxan Məmmədov bundan əvvəl Mübariz Haşımovla birlikdə İrlandiya - Yunanıstan oyununu (2:2) idarə etmişidi. O, həmçinin Polşa - Yunanıstan matçına dördüncü hakim kimi təyinat almışdı.
Fanat.az