Obameyanq İspaniyaya qayıdır

Obameyanq İspaniyaya qayıdır

"Barselona"nın sabiq hücumçusu Pyer-Emerik Obameyanq İspaniyaya qayıda bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, o, "Barselona"ya dönmək arzusundadır. Qabonlunun klub rəhbərliyi və baş məşqçisi Xavi Ernandeslə əla münasibəti var. Xavi hətta ötən yay futbolçunu "Çelsi"yə buraxmaq istəməyib.

Qeyd edək ki, hazırda Obameyanq "Çelsi"nin baş məşqçisi Qrem Potterin planlarına ümumiyyətlə daxil deyil. Hücumçu Çempionlar Liqasının pley-off mərhələsində iştirak ərizəsindən çıxarılıb, həmçinin Premyer Liqa matçları üçün praktiki olaraq heyətə düşmür.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər