Nikolov: "Sentyabrın maaşları ödənilib"

Nikolov: "Sentyabrın maaşları ödənilib"

"İnter"in prezidenti Georgi Nikolov "Qəbələ" ilə 1:1 hesabıyla nəticələnən qarşılaşmadan sonra son günlər klub haqqında yayılan xəbərlərə münasibət bildirib, eləcə də "Qəbələ"ylə oyundan danışıb: 

"Belə güclü komandaya qarşı oyundan yaxşı nəticəylə ayrıldıq. Düzdü, daha çox ehtiyatlı və səhvsiz oynamağa diqqət yetirirdik. Məhz bunun sayəsində məğlub olmadıq. Futbolçularımızın pula görə məşqə çıxmaqdan imtina etməsi haqda yazılanlar yalandır. Bu gün  bir daha şahid oldunuz ki, onlar sona qədər mübarizə apardılar. Meydana çıxan başqa komanda deyildi ki. Futbolçular maaşlarını alıblar, sentyabrın pulları ödənilib. Tezliklə oktyabrın məvacibi də veriləcək”. (Sport7.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər