"Barselona"nın ən gənc ulduzlarından Neymarın yeni sevgilisi üzə çıxıb. Fanat.az xəbər verir ki, ulduz oyunçu kataloniyalı vəkillə birlikdədi.
İlk baxışdan 26 yaşlı gözəlin vəkil olduğunu bilmək çətindi. Belə ki, ideal bədən quruluşu və gözəlliyi ilə Elizabet Martinez modellərdən heç də geri qalmır.
Neymarın sevgilisi artıq qəzet və jurnalların manşetlərini bəzəməyə başlayıb. Məlumata görə, futbolçu özündən 4 yaş böyük olan vəkillə tez-tez getdiyi klublardan birində tanış olub. Qıza heyran olan oyunçu qısa zamanda onunla isti münasibət qura bilib.
Fanat.az