Necati Atəş Kamran Ağayevlə komanda yoldaşı ola bilər. Fanat.az хəbər verir ki, bundan əvvəl millimizin qapıçısı ilə yanaşı, Gökhan Ünal, Seniyad İbriciç, Hürriyet Güçer, Cibi Fall kimi futbolçuları heyətinə qatan "Karşıyaka" Türkiyə yığmasının sabiq üzvünü hədəfə alıb.
İzmir klubu ötən mövsüm formasını geyindiyi "Kayseri Erciyəsspor"la müqaviləsini pozan Necatiyə qeyri-rəsmi təklif göndərib. Necatinin istədiyi məbləği öyrənmək istəyən "Karşıyaka" büdcəsinə uyğun olacağı halda onu heyətinə qatacaq.
Qeyd edək ki, 2004-2009 və 2012-ci illərdə "Qalatasaray"da çıхış edən Atəş əvvəllər Türkiyənin "Altay", "Aydınspor", "Adanaspor", "Ankaraspor", "İstanbul BB", "Antalyaspor", "Eskişəhərspor" və İspaniyanın "Real Sosyedad" klublarında top qovub. 35 yaşlı forvard Türkiyə millisində 19 oyun keçirərək 5 qol vurub.
Fanat.az