"Məşqçilər Komitəsinin üzvləri və AFFA rəhbərliyinə təşəkkür edirəm ki, mənə etimad göstəriblər. Buna görə onların hər birinə minnətdaram". Fanat.az xəbər verir ki, bu sözləri sport7.az-a 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi təyin olunan Nazim Süleymanov deyib.
Süleymanov bildirib ki, onun üçün hansı yığmaya başçılıq etməyin fərqi yoxdu: "Azərbaycanlı mütəxəssis yerli futbola xidmət etməyə borcudu. Bu hansı millidə çalışmaqdan asılı olmayaraq belədi. Bir halda ki mənim U-19-u çalışdırmağımı istəyiblərsə, hansı yaş qrupundan ibarət yığmanın olmasının elə bir fərqi yoxdu. Əsas məqsədimiz Azərbaycan futboluna kömək etməkdi. Biz də çalışacağıq ki, təcrübəmizi 19 yaşadək futbolçularla bölüşək və göstərilən etimadlı layiqincə doğruldaq".
Fanat.az