Nazarov "fərqləndi", "Karlsrue" qələbə qazandı

Nazarov "fərqləndi", "Karlsrue" qələbə qazandı

Almaniya II Bundesliqasında 3-cü turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə "Frankfurt"la qarşılaşıb. Matç "Karlsrue"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dmitri qarşılaşmanın 67-ci dəqiqəsində meydana çıxıb. 90-cı dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, üç turdan sonra Nazarovun komandası 3 xalla 9-cu pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər