Nazarov 70 dəqiqə, qol ötürməsi

Nazarov 70 dəqiqə, qol ötürməsi

Almaniya II Bundesliqasında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.

Komanda doğma meydanda "Sankt Pauli" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dmitri qarşılaşmanın 70-ci dəqiqəsində əvəzlənib. O, bu görüşdə qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Karlsrue" 48 xalla 4-cü pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər