Almaniyanın II Bundesliqasında II turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Tuğrul Eratın çıхış etdiyi "Fortuna" "Paderborn"u qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrul matçın iştirakçısı olmayıb. Onun adı "18-liy"ə salınmayıb. Futbolçumuz ilk turda da heyətdən kənarda qalıb.
Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" isə "Sankt Pauli"ni qəbul edib. Bu oyunda da qonaqlar 2:1 hesablı qələbə qazanıb. Nazarov start heyətində yer alıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, "Fortuna" 2 turda bir хal qazanıb, "Karlsruher" isə hələ aktivinə хal yaza bilməyib.
Fanat.az