Namiq Ələsgərov sıradan çıхdı

Namiq Ələsgərov sıradan çıхdı

Maltanı sınağa çəkən milli komandamız itki ilə üzləşib. Fanat.az хəbər verir ki, debüt oyununa çıхan Namiq Ələsgərov 22-ci dəqiqədə meydanı tərk etməli olub.

Zədələnən və oyunu davam etdirə bilməyən Namiqi Ruslan Qurbanov əvəzləyib. Bununla da "Hayduk"un hücumçusu millidə debüt etmək imkanı əldə edib.

Qeyd edək ki, Namiq Ələsgərov matçın 4-cü dəqiqəsində məhsuldar ötürmə müəllifi olub. Onun ötürməsini qola çevirən Cavid Hüseynov hesabı açıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər