Namiq Ələsgərov: "Həyacanlıyam, amma..."

Namiq Ələsgərov: "Həyacanlıyam, amma..."

"Bu, mənim yığmadakı ilk oyunum olacaq. Əlbəttə, bir az həyacanlıyam, amma bunun öhdəsindən gələcəyəm. Bu şansdan yararlanıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Namiq Ələsgərov deyib.

Sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılan "Qarabağ"ın yarımmüdafiəçisi matçla bağlı fikirlərini bildirib: "Oyuna yaxşı hazırlaşmışıq. Müsbət nəticə qazanmaq istəyirik. Baş məşqçi meydanda bizə sərhəd qoymur. Yəni cinahda oynasam da, sərbəstlik verir. Onun nə istədiyini dərk edirəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər