Ufuk Budak karyerası ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, futbolçu gələn mövsümü də Türkiyədə keçirəcək.
O, ötən mövsüm formasını geyindiyi "Qaziantep BB"da qalmaq qərarına gəlib. 25 yaşlı futbolçunun rəhbərliklə görüşünün yekunu kimi, onun komandada qalması qərara alınıb. Artıq tibbi müyinədən keçən Budak bu həftə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Ufuk Budak “Qaziantep BB”yə keçən il “Əskişəhərspor”dan keçmişdi.
Fanat.az