21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Timur Temeltaşın çıxış etdiyi "Altınordu" TSYD Dostluq Kubokunda son oyununu keçirib. Fanat.az xəbər verir ki, 3-cü yer uğrunda matçda futbolçumuzun komandası "Turqutluspor"la qarşılaşıb.
Oyun "Altınordu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 90-cı dəqiqədə Doğan Ateş imza atıb. Timur yenə meydana start heyətində çıxıb. Futbolçumuz bu dəfə 46-ci dəqiqədə əvəzlənib.
Fanat.az