Millimizin üzvü İspaniya klubu ilə anlaşdı

Millimizin üzvü İspaniya klubu ilə anlaşdı
Futzal üzrə Azərbaycan millisinin üzvü Everton Kardoso karyerasını davam etdirəcəyi klub müəyyənləqib. 
Fanat.Az xəbər verir ki, futzalçı hazırkı klubu "Levante" ilə yeni bir illik müqavilə imzalayıb. Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Beləliklə, Kardoso 2019/20 mövsümünün sonunadək bu komandada çıxış edəcək.
Qeyd edək ki, 2016-ci ildən Azərbaycan yığmasına cəlb edilən Kardoso 2016-2018-ci illərdə "Araz"da çıxış edib və ötən yay "Levante"yə keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər