Millimizin üzvü Əli Gökdəmir özünə yeni iş yeri tapıb.
Sport7.az xəbər verir ki, ötən mövsümü "Simurq"da keçirən futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
O, aşağı liqa təmsilçisi olan "Karagümrükspor"la anlaşıb. Gökdəmir 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, sözügedən klub 2010/2012-ci illər ərzində Həvəskarlar Liqasında mübarizə aparıb.
Fanat.az