17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Yusif Cəfərov əməliyyat olunub. Fanat.az хəbər verir ki, "Bakı"nın 17 yaşlı hücumçu "Modern" hospitalında cərrah masasına uzanıb.
Qeyd edək ki, Yusif Cəfərov U-17-nin heyətində Avropa çempionatının Bakıda keçirilən elit mərhələsinin oyunu zamanı ağır zədə alıb. Xorvatiya ilə ilk oyunda 90 dəqiqə oynayan futbolçunun Portuqaliya ilə ikinci oyunun əvvəlində sağ ayağının topuğu sınıb və 17-ci dəqiqədə əvəzlənib. O, uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.az