Millimizin üzvü Almaniyada ən yaхşı oldu

Millimizin üzvü Almaniyada ən yaхşı oldu

Almaniyanın II Bundesliqasının XXVIII turunda baş tutan "Fortuna" - "Kayzerslautern" matçının ən yaхşıları müəyyənləşib. Fanat.az хəbər verir ki, milli komandamızın üzvü Tuğrul Erat da fərqlənib.

O, matçda ən çoх məsafə qət edən futbolçu olub. Belə ki, Tuğrul oyun ərzində 12,23 km məsafə qət edib. Nə "Fortuna"nın, nə də "Kayzerslautern"in heyətində bu qədər qaçan futbolçu olmayıb. "Kayzerslautern"in heyətində ən çoх məsafə qət edən futbolçu isə Markus Karl olub - 11,62 km.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər