UEFA AVR-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və İtaliya milliləri arasında keçirilən görüşlə bağlı qərarını açıqlayıb. Fanat.az xəbər verir ki, ali futbol qurumu Split şəhərində baş tutan qarşılaşmada meydançanın qazonunda faşizm simvolu olan svastikanın çəkilməsini xorvatlara bağışlamayıb.
UEFA-nın qərarına əsasən, meydan sahiblərinin 1 xalı silinib. Bundan başqa Robert Prosineçkinin həmyerliləri 2 oyununu azarkeşsiz keçirməli olacaq. Bu azmış kimi, Xovatiya millisinə 100 min avro cərimə kəsilib. Ən maraqlı cəza odu ki, xorvatlar bundan sonra hadisənin baş verdiyi arenada heç vaxt rəqiblərini qəbul edə bilməyəcək.
Qeyd edək ki, Xorvatiya seçmə mərhələdə millimizin rəqibidi.
Fanat.az