Millimizin rəqibi Amerika Kubokundan imtina etdi

Millimizin rəqibi Amerika Kubokundan imtina etdi
Qətər və Avstraliya milliləri bu il keçiriləcək futbol üzrə Amerika Kubokunda 10 komanda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) mətbuat xidməti məlumat yayıb.
Amerika Kubokunda digər qitələrdən millilərin iştirakı ənənəvi hal olsa da, budəfəki dəvətlilər Avstraliya və Qətər təklifi müsbət cavablandırmayıb. Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika Kuboku iyunda keçiriləcək.
Amerika Kubokunda Argentina, Kolumbiya, Çili, Braziliya, Ekvador, Paraqvay, Boliviya, Venesuela, Uruqvay və Peru iştirak edəcək.
Qətər yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla bir qrupda mübarizə aparacaq. Qətərlilər martın 27-də Azərbaycan yığması ilə üz-üzə gələcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər