Millimiz seçmə mərhələyə 6 qolla başladı

Millimiz seçmə mərhələyə 6 qolla başladı

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. 

Fanat.az xəbər verir ki, Rumıniya yığması ilə qarşılaşan komandamız 6:2 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev, Amid Nəzərov və Ramil Əliyev dubl edib.

Millimiz turnirdə növbəti oyununu avqustun 8-də Moldova yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər