Millimiz Moldovanı darmadağın etdi

Millimiz Moldovanı darmadağın etdi

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb.

 

Fanat.az xəbər verir ki, millimiz Moldova yığmasını 4:0 hesabı ilə məğlub edib. Ramil Əliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

Qeyd edək ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2 hesabı ilə qalib gəlmişdi. Millimizin turnirdəki növbəti rəqibi İngiltərə yığmasıdı. Avqustun 9-da keçiriləcək Azərbaycan - İngiltərə oyunu Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər