16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində II turun oyunları keçirilib.
Fanat.az xəbər verir ki, “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmaları qarşılaşıb. Oyun 6:1 hesabı ilə yunanıstanlı futbolçuların xeyrinə başa çatıb.
Azərbaycan yığması isə Gürcüstanı sınağa çəkib. "Bayıl Arena"da baş tutan oyunda millimiz 2:1 hesablı qələbə qazanıb. Komandamızın qollarına Elçin Əsədov və Fərid Nəbiyev vurub. Gürcüstan millisinin heyətində isə Taha Kasrelişvili fərqlənib.
Fanat.az